İmam məscidi (İsfahan)
Came məscidi, Sultan məscidi və İmam məscidi adları ilə də tanına Şah məscidi İranın İsfahan şəhərində Nəqşi Cahan meydanında yerləşən məscidlərdən biridir.
Məscid 6 yanvar 1932-ci il tarixində İranın yerli əhəmiyyətli tarixi abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa “Nəqşi Cahan” meydanı ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Məscid I Şah Abbasın göstərişi ilə I Şah Təhmasibin xatirəsinə ehtiram olaraq tikilmişdir.
Səfəvilərin ən mühüm nailiyyətləri memarlıq sahəsindədir. Burada ən yüksək mövqe 1598-ci ildə Şah Abbasın təşəbbüsü ilə irəli sürülmüş İsfahanın genişləndirilməsi layihəsidir. Bu, İslam tarixində ən iddialı və yenilikçi şəhərsalma sxemlərindən biridir Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi. Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi. Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin, Bazar tacirlərin və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.